QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin Şençjendəki ilk üçtərəfli görüşü başlayıb. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilir.
Danışıqlara Si Cinpin rəhbərlik edir. Nüvə silahına sahib dünyanın üç ən böyük dövlətinin liderlərini bir araya gətirən zirvənin rəsmi gündəliyi açıqlanmayıb.
Görüşdə Ukrayna və İrandakı müharibələrin, nüvə silahlarına nəzarətin, ticarətin və süni intellekt sahəsində rəqabətin müzakirə olunacağı gözlənilir.