QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Lənkəranın Osaküçə kəndində bir ailənin üzvləri evdə hazırlanmış plov və konservləşdirilmiş pomidor yedikdən sonra səhhətlərində narahatlıq hiss ediblər.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) rayonda baş verən zəhərlənmə faktını araşdırmağa başlayıb və hadisəni nəzarətə götürüb. İlkin məlumata əsasən, yeməkləri kənd sakini olan ailə üzvləri qəbul ediblər.
AQTA əməkdaşlarının araşdırması və müvafiq tədbirləri davam edir. Agentlik məişətdə hazırlanan qidaların saxlanma şərtlərinə, temperatur rejiminə, gigiyena və daşınma qaydalarına diqqətlə əməl etməyi tövsiyə edib.