QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Lənkəran rayonunun Osaküçə kəndində bir ailənin doqquz üzvü pomidor turşusu qəbul etdikdən sonra səhhətlərində problem yaranıb və onlar xəstəxanaya müraciət ediblər.
Ailə üzvləri səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər şöbəsinə yerləşdiriliblər. Müraciət edənlərin üçü uşaq olub.
İlkin tibbi yardım göstərildikdən sonra ailənin bütün üzvləri evə buraxılıblar.