QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan, avtomobil sürücüsünün piyadanı vurduğu görüntülərlə bağlı polis araşdırma aparıb.

Araşdırma nəticəsində hadisənin Sabunçu rayonunda baş verdiyi müəyyənləşib. Videoda avtomobili idarə edən şəxsin 23 yaşlı S.Göyüşov olduğu, vurulan piyadanın isə onun doğma qardaşı olduğu üzə çıxıb. Hadisənin zarafat məqsədilə törədildiyi bildirilib.

Polis S.Göyüşovu Sabunçu rayonunda saxlayıb. Onun barəsində inzibati xəta protokolu hazırlanıb və qərar verilməsi üçün iş məhkəməyə göndərilib.