QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ağsu şəhərində 9-cu sinif şagirdinə qarşı cinsi zorakılıqla bağlı cinayət işi məhkəmədə yekunlaşıb. Hadisə üzrə təqsirli bilinən V.İ. bir il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, şəhər sakini, 2001-ci il təvəllüdlü V.İ. rayon ərazisindəki bazarda 2011-ci il təvəllüdlü qızla tanış olub və ona mobil nömrəsini verərək ünsiyyət qurmaq istədiyini bildirib. Bir müddət yazışıb-danışdıqdan sonra onların arasında münasibət yaranıb. V.İ. görüşməyi təklif edib, qız da razılaşıb.

V.İ. qızı rayon mərkəzinə gətirmək üçün taksi çağırıb. Taksi yeniyetməni oğlanın xalasının evinə aparıb. Evdə heç kim olmayıb, açar isə V.İ.-də olub. Bir neçə dəqiqə söhbət etdikdən sonra o, qızla qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonralar onlar yenidən görüşərək həmin evdə cinsi əlaqədə olublar.

Bir neçə gün sonra münasibətləri pozulan qız polisə müraciət edib. Polis V.İ.-ni şübhəli şəxs qismində saxlayıb. Fakt üzrə cinayət işi başlanıb və məhkəməyə göndərilib.

Məhkəmə V.İ.-ni Cinayət Məcəlləsinin 152-ci maddəsi — 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə — ilə təqsirli bilərək bir il həbs cəzası təyin edib.