QafqazNews Kommersant-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın xüsusi təmsilçiləri Stev Uitkoff və Cared Kuşner Berlində Qətər nümayəndələri ilə görüş keçirib.

Axios-a istinadən mənbələr bildiriblər ki, görüş zamanı tərəflər Dohanın Tehran və Vaşinqton arasında dialoqun bərpasına göstərdiyi vasitəçilik səylərini müzakirə ediblər. Mənbələrə görə, ABŞ təmsilçiləri Qətərin vasitəçilik rolunu müzakirə etmək üçün Qətər baş naziri Məhəmməd bin Əbdülrəhmən əl-Thanı və onun xüsusi nümayəndəsi Əli əl-Tavadi ilə görüşüblər.

Axios-un məlumatına görə, Qətər bir neçə həftədir atəşkəs rejiminin bərpasına nail olmaq, İranın nüvə proqramı üzrə danışıqları bərpa etmək və silahlı toqquşmaların yenidən başlamasının qarşısını almaq üçün razılıq əldə etməyə çalışır.

Berlindəki görüşdən əvvəl Qətər baş nazirinin Vaşinqtona səfəri baş tutub; orada o, ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Dı Venslə İrana dair müzakirələr aparıb. Axios-un xəbərinə görə, cənab əl-Tavadi Türkiyədə İran naziri ilə görüşdə həmin danışıqların məzmununu çatdırıb və danışıqları tıxacdan çıxarmaq imkanlarını müzakirə ediblər.

Lakin mənbələr bildiriblər ki, Qətərin səyləri hələlik əhəmiyyətli irəliləyiş əldə etməyib.