QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Yapı Kredi Bank Azərbaycan müştəriləri üçün World Plus adlı rəqəmsal debet kartını istifadəyə verib. Kartı əldə etmək üçün banka getmək tələb olunmur: sifariş YKB Mobile tətbiqində ödənişsiz rəsmiləşdirilir, daha sonra kartı aktivləşdirib nağdsız əməliyyatlarda istifadə etmək mümkündür.

Kart üzrə xidmət haqqı yoxdur. NFC vasitəsilə təmassız ödəniş, gündəlik alış-verişlərə keşbek, eləcə də ölkə daxilində və xaricdə POS-terminallar, internet üzərindən ödəniş imkanları təqdim edilir.

Yeni kartın təqdimatı münasibətilə bank xüsusi kampaniya keçirir. 26 noyabr–26 dekabr 2026-cı il tarixlərində World Plus rəqəmsal debet kartını alan müştərilərin bir əməliyyat üzrə ən azı 100 AZN məbləğində edəcəyi ilk nağdsız ödənişə 10 AZN keşbek hesablanacaq.

Yapı Kredi Bank Azərbaycan QSC-nin əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankıdır. Bank Bakı və Sumqayıtdakı filialları, sutka boyu fəaliyyət göstərən Telefon Mərkəzi (*0444), həmçinin internet və mobil bankçılıq xidmətləri ilə müştərilərə xidmət göstərir.