QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, İranın ali rəhbəri Müctəba Xamenei ölkənin silahlı qüvvələrinə ehtiyac yaranarsa, coğrafi məhdudiyyət qoyulmadan əməliyyat keçirmək səlahiyyəti verib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının baş müşaviri Məhəmmədrza Nəqdi açıqlama verib.
Nəqdi bildirib ki, sərəncam İran hərbçilərinə qarşı tərəfin mümkün addımlarına cavab vermək üçün geniş əməliyyat sərbəstliyi yaradır.
“Düşmən ən kiçik bir səhvə yol versə belə, silahlı qüvvələrimiz zəruri hesab etdikləri dünyanın istənilən nöqtəsində buna adekvat cavab verə biləcəklər”, – deyə Nəqdi vurğulayıb.