QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi Xəzərdə gözlənilən küləklə əlaqədar gəmilərə xəbərdarlıq edib.
Mərkəzin məlumatına əsasən, bu gündən Xəzər dənizində əsəcək şimal-qərb və şimal küləkləri noyabrın 6-sı səhərədək davam edəcək. Küləyin sürətinin saniyədə 18-23 metr, arabir 25-28 metr, açıq dənizdə isə 30 metrədək artacağı proqnozlaşdırılır.
Dalğaların 2-3 metrə yüksələcəyi, hava şəraitinin sonrakı inkişafı zamanı isə hündürlüyün 3-5 metrə çatacağı bildirilir.