QafqazNews Manset.az-a istinadən xəbər verir ki, noyabrın 2-də Xırdalanda itkin düşən və ötən gecə tapılan 12 yaşlı qızın evdən çıxmasının səbəbi məlum olub.
Məlumata görə, qız anası ilə mübahisə etdikdən sonra ondan küsərək mənzili tərk edib. Bildirilir ki, o, marşrut avtobuslarından birinə minib və Nizami rayonu ərazisində düşüb.
Telefonu bağlı olduğundan qızla əlaqə saxlamaq mümkün olmayıb.