QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Xocalı soyqırımının şahidi Salman Abbasov vəfat edib. O, ailə üzvləri ilə birlikdə erməni əsirliyində qalmışdı.
Yaxınlarının bildirdiyinə görə, Abbasov 86 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Xocalı işğal olunandan sonra o, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmışdı.
Salman Abbasov jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı görüntülərlə tanınan Ləfxanım Mahmudovanın atası olub.