QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Xocalı soyqırımının şahidi Salman Abbasov vəfat edib. O, erməni əsirliyində işgəncələrə məruz qalmışdı.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı onun ölümü barədə məlumat yayıb. Telmanqızının bildirdiyinə görə, Abbasov bu gün Xocalıda torpağa tapşırılıb.
Salman Abbasov Milli Qəhrəman, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı çəkdiyi kadrlardan tanınan Ləfxanım Mahmudovanın atası idi.