QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin süni intellektin irimiqyaslı hərbi əməliyyatlarla bağlı qərarları özü verməməsi barədə razılığa gəliblər.
ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC-yə müsahibəsində bildirib ki, hərbi qərarların qəbulunda insanın iştirakı daimi olmalıdır. Onun sözlərinə görə, Tramp və Si süni intellektin böyükmiqyaslı hərbi əməliyyatları müstəqil şəkildə həyata keçirməsinə yol verilməməsi mövqeyində razılaşıblar.
Bessent qeyd edib ki, ABŞ və Çin liderləri nüvə silahlarının yayılmasının qarşısını almaq üçün görülən tədbirləri də geniş müzakirə ediblər.
Danışıqlarda, həmçinin ticarət siyasəti və süni intellekt texnologiyalarının inkişafı məsələləri nəzərdən keçirilib.