QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, noyabrın 5-də Yasamal və Nizami rayonlarında elektrik şəbəkəsinin bəzi hissələrində təmir və yoxlama işləri görüləcək. İşlər enerji təchizatının keyfiyyətini yüksəltmək və artan tələbatı qarşılamaq məqsədi daşıyır.

“Azərişıq” ASC-nin məlumatına görə, Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Qurban Xəlilov küçəsi, Moskva prospekti və Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik verilişi məhdudlaşdırılacaq.

Nizami rayonunda isə Əli Vəliyev küçəsinin və Qara Qarayev prospektinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilməsində fasilə olacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəyi bildirilib.