QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası təşkil edilib. Tədbirin təşkilatçısı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır (AHİK).
Ətraf mühitin qorunmasına və ekoloji tarazlığın saxlanmasına töhfə vermək məqsədi daşıyan aksiyada Konfederasiyanın, onun üzv və tabe təşkilatlarının əməkdaşları, həmkarlar ittifaqlarının üzvləri, eləcə də AHİK könüllüləri iştirak ediblər.
Aksiya zamanı mərkəzin ərazisində ağaclar əkilib, mövcud yaşıllıqlara qulluq göstərilib.