QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində ABŞ hərbi bazalarının yaradılması istəyini yenidən gündəmə gətirib. O, bunu Berlində keçirilən mətbuat konfransında açıqlayıb.

“Amerikalı tərəfdaşlarımızın Ukraynada da bazaları olsaydı, biz məmnun olardıq”, – Zelenski deyib.

Ukrayna liderinin sözlərinə görə, ABŞ Yaxın Şərq ölkələrində olduğu kimi Ukraynada da hərbi bazalar qura bilər. O qeyd edib ki, həmin dövlətlər NATO-ya daxil olmasalar da, ərazilərində Amerika hərbi obyektləri yerləşir.

Zelenski ABŞ bazalarının Ukraynada yerləşdirilməsini NATO-nun 5-ci maddəsinə uyğun təhlükəsizlik təminatlarının verilməsi üçün zəruri saydığını bildirib.