QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının IX turunda “Əl-Əhli” “Əl-Nəsr”i 3:1 hesabı ilə məğlub edib.
Ciddədəki “Kral Abdullah Sports Siti” stadionunda keçirilən oyunda hesabı 14-cü dəqiqədə “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo açıb. Bu, portuqaliyalı futbolçunun karyerasında 986-cı qol olub.
Dörd dəqiqə sonra Ronaldo penaltidən fərqi artırmağa çalışsa da, zərbəsi dirəyə dəyib. İlk hissəyə əlavə olunmuş 45+1-ci dəqiqədə Vendersön Qaleno “Əl-Əhli”nin bərabərlik qolunu vurub.
Ayvan Toni 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək meydan sahiblərini önə çıxarıb. Dörd dəqiqə sonra müdafiəçi Rojer İbanyes hesabı 3:1-ə çatdırıb. Künc zərbəsindən ötürməni Eduard Spertsyan verib.
Qarşılaşmanın baş hakimi Sami Əl-Naci olub.
Çempionatda 12 oyun keçirən “Əl-Nəsr” 28 xalla üçüncü yerdədir. Dördüncü pillədəki “Əl-Əhli”nin 24 xalı var.
Növbəti turda hər iki komanda noyabrın 28-də oynayacaq: “Əl-Nəsr” səfərdə “Əl-Həzm”lə, “Əl-Əhli” isə “Əl-Taavun”la qarşılaşacaq.