QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyənin Ərzincan vilayətindən deputat seçilən Mustafa Sarıgülün toxunulmazlığının ləğvi ilə bağlı təqdimat hazırlanıb.
Ankara Respublika Baş Prokurorluğunun tərtib edərək Ədliyyə Nazirliyinə göndərdiyi sənəddə Sarıgül bir sıra ağır cinayətlərdə ittiham olunur.
Deputata cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq, cinayət törətmək məqsədilə təşkilat yaratmaq, uşağı təkrarən cinsi istismara məruz qoymaq, ağırlaşdırıcı hallarda təkrar cinsi zorakılıq törətmək, eləcə də əmlakı qanunsuz əldə etmək, gizlətmək və ya başqa şəxsin adına keçirmək ittihamları irəli sürülüb.