QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, tanınmış stomatoloq Zeynalabdin Allahyarov dələduzluqda təqsirli bilinərək həbs olunub.

Məhkəmənin qərarı ilə həkim iki il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttiham aktında göstərilir ki, Allahyarov ona müraciət edən pasiyentlərə yalan vədlər verib və bu yolla ümumilikdə 26 795 manat əldə edib. Əməllərin Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə tövsif edildiyi bildirilib.

“Zeynal” adı ilə də tanınan stomatoloq bu əməlləri “Loft Dent”, “L.A Dent” və “Mediland Hospital”da törədib. Pasiyentlərdən pul alsa da, verdiyi vədləri yerinə yetirməyib.