QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Misli Premyer Liqasının XII turunda baş tutacaq “Kəpəz” – “Qarabağ” matçı üçün bütün biletlər satılıb.

Gəncə klubu sosial şəbəkə hesabında satışın başa çatdığını açıqlayıb. 15 363 nəfərlik Gəncə şəhər stadionunda keçiriləcək oyunda cari mövsümün tamaşaçı sayına görə rekordunun qeydə alınacağı gözlənilir.

Klubun məlumatında bildirilib ki, bilet nə onlayn platformada, nə də stadion kassalarında qalıb. Buna görə qarşıdakı günlər ərzində kassalar işləməyəcək.

“Kəpəz” – “Qarabağ” qarşılaşması noyabrın 22-də saat 17:00-da başlayacaq.