QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanovun vəzifədən çıxarılması barədə yayılan xəbərlə bağlı açıqlama verilib.
Universitetin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva bildirib ki, bu məlumat mətbuatda yeni yayılmayıb. Onun sözlərinə görə, İmanov vəzifəsindən bir il əvvəl azad olunub.
Fərda İmanov 2021-ci ildən BDU-da tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsində çalışıb.