QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 20-də axşam Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinin mərkəzinə ballistik raketlə zərbə endirib.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanzanın bildirdiyinə görə, hücumda xəsarət alanların sayı 20-yə yüksəlib. Yaralılar arasında üç uşaq da var.
Yeddi yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Zərbə restoranlardan birinə, qarajlara və avtomobillərə ziyan vurub. Hücumun ardınca ərazidə güclü yanğın başlayıb. Restoranda olan şəxslər də xəsarət alanlar arasındadır.