QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Vladimir Putinin Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla başa çatmasına tərəfdar olduğunu bildirib.

Tramp bu fikirləri Asiya səfərinin nəticələrinə həsr edilən mətbuat konfransında səsləndirib. O, Çində Putinlə baş tutan ikitərəfli görüşdə Rusiya prezidentinin münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaq istəyini açıq şəkildə ifadə etdiyini deyib.

ABŞ lideri danışıqların gedişini müsbət dəyərləndirib və müharibənin sülh yolu ilə həlli üçün real şansların olduğunu vurğulayıb.

“Razılaşmanın əldə olunması ilə bağlı çox yaxşı danışıqlar aparırıq. Düşünürəm ki, uğur qazanmaq üçün real imkanlarımız var”, – Tramp qeyd edib.