QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarmaq qərarı verib. Xarici işlər naziri Lars Lökke Rasmussen bu barədə məlumat yayıb.

Rasmussenin sözlərinə görə, Rusiya səfiri Danimarka Xarici İşlər Nazirliyinə dəvət olunaraq hökumətin hərbi attaşeni arzuolunmaz şəxs elan etməsi və ölkədən göndərməsi barədə məlumatlandırılıb.

Diplomata Danimarkanı tərk etməsi üçün yeddi gün vaxt verilib. Nazir bildirib ki, bu addım diplomatik nəticələr doğuracaq və Moskvaya ciddi siqnal olacaq.

Rasmussen, həmçinin, Danimarkanın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.