QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsinə dair qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Gələn il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat təşkil edəcəyi gözlənilir. Bu məbləğin 38 milyard 518 milyon 425 min manatı mərkəzləşdirilmiş, 735 milyon 575 min manatı isə yerli gəlirlərdir. Xərclər 42 milyard 400 milyon manat həcmində proqnozlaşdırılıb: mərkəzləşdirilmiş xərclər 41 milyard 664 milyon 425 min manat, yerli xərclər isə 735 milyon 575 min manat olacaq.
Beləliklə, dövlət büdcəsinin kəsirinin 3 milyard 146 milyon manata çatacağı bildirilir. Bu, əvvəlki illə müqayisədə 1,7 faiz artım deməkdir.
2027-ci il üçün icmal büdcənin gəlirləri 47 milyard 619,2 milyon manat, xərcləri isə 50 milyard 377,1 milyon manat səviyyəsində nəzərdə tutulub. 2026-cı ilin təsdiqlənmiş proqnozları ilə müqayisədə gəlirlər 5,9 faiz, xərclər 3,1 faiz çox olacaq.
İcmal büdcənin kəsirinin 2 milyard 757,9 milyon manat təşkil edəcəyi gözlənilir. Bu göstərici illik müqayisədə 28,7 faiz azdır.