QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, deputat Səyyad Aran Milli Məclisin plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı çıxış müddətinin azaldılmasına etiraz edib.

Aran bildirib ki, əvvəlki iclasda deputatlara çıxış üçün ayrılan vaxt 10 dəqiqədən 5 dəqiqəyə endirilib. Onun sözlərinə görə, 3 dəqiqə danışmaq istəyən deputat bu müddətlə kifayətlənə bilər, lakin başqalarına çıxışla bağlı göstəriş verilməməlidir. Deputat əlavə edib ki, danışmağa sərhəd qoymaq olmaz.

Spiker Sahibə Qafarova Aranın ifadəsinə irad tutaraq parlament etikasına və leksikasına uyğun danışmağa çağırıb. O qeyd edib ki, çıxış vaxtının 5 dəqiqə olması təklif edilib, səsverməyə çıxarılıb və qəbul olunub. Qafarova deputatlara istədikləri qədər danışa biləcəklərini də söyləyib.