QafqazNews TASS-a istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Marko Rubio İranın Bahreyn ərazisinə hücumundan sonra telefon vasitəsilə Bahreynin xarici işlər naziri Əbdül Latif bin Rəşid əz-Zayani ilə danışıqlar aparıb və Vaşinqtonun müttəfiqlərə qarşı öhdəliklərinə sadiqliyini vurğulayıb.

Dövlət Departamentinin bəyanatında bildirilir ki, dövlət katibi İrandaən Bahreynə edilən zərbələri qınayıb və Bəhreynin, eləcə də Fars körfəzi regionundakı bütün tərəfdaşların təhlükəsizliyinin təmin edilməsinə ABŞ-ın bağlılığını təsdiqləyib.

15 noyabrda Bahreynin hava hücuma qarşı müdafiə sistemləri İrandan həyata keçirilən hücum zamanı bir neçə hava hədəfini vurub məhv edib. Eyni gün İslam İnqilabı Keşikçiləri Korpusu (KİK) bildirib ki, Bahreyndəki Ər-Rifaa helikopter bazasında ABŞ-ın radiolokasiya məntəqəsinə zərbə endirib.

Bunun ardınca Manamadakı ABŞ səfirliyi İran və Yəmənin "Ənsarullah" (husilər) hərəkatından gələn hücum təhdidləri səbəbindən Bahreyndə olan amerikalı vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib.