QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, TikTok-da sərxoş vəziyyətdə canlı yayım açaraq Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və digər şəxslər barədə qeyri-etik ifadələr işlədən sakin inzibati qaydada həbs olunub.
1990-cı il təvəllüdlü Yevlax sakini ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi üzrə protokol hazırlanıb və işə baxılması üçün məhkəməyə göndərilib.
İzahatında həmin şəxs hərəkətindən peşman olduğunu və icra başçısından şikayətinin olmadığını söyləyib. O, əksinə, Anar Tağıyevin onu işlə təmin etdiyini, kreditini ödədiyini bildirib.
Sakin Vətən müharibəsinin iştirakçısı olduğunu və üç medala layiq görüldüyünü də qeyd edib.
Yevlax Rayon Məhkəməsinin qərarı ilə 36 yaşlı şəxs 15 sutka inzibati həbs cəzası alıb.