QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Xalq artisti Faiq Ağayev Röya ilə Aygünün ilk barışığında vasitəçi olduğunu deyib. O, bu barədə “Qonaqcanlı” verilişində danışıb.
Ağayevin sözlərinə görə, barışığın baş tutması üçün ifaçılarla ayrı-ayrılıqda söhbət edib. Aygünün doğum günündə Röyaya müraciət edərək onu tədbirə gəlməyə çağırıb və hər şeyin yaxşı olacağına söz verib.
“ Aygünlə ayrıca söhbət etdim, Röya ilə ayrıca. Aygünün doğum günü idi, ad günü idi. Mən Röyaya dedim ki, Röya, heç fikirləşmədən, heç nəyi götür-qoy etmədən gəl, mən orada varam. Mən sənə söz verirəm ki, hər şey yaxşı olacaq”, – deyə Faiq Ağayev bildirib.
Xalq artisti, həmçinin mərhum Nailə Mirməmmədli ilə Xanım İsmayılqızının barışmasına da kömək etdiyini söyləyib.