QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə xalqın sülh şəraitində qurub-yaratdığını bildirib.
“Biz müharibədə Qələbə qazanmışıq. Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır”, – deyə dövlət başçısı qeyd edib.
İlham Əliyev ermənilərin 30 il ərzində həmin torpaqları viran qoyduğunu və orada bir daşın da daş üstə qalmadığını vurğulayıb. Onun sözlərinə görə, altı il ərzində Qarabağa və Şərqi Zəngəzura 100 minə yaxın insan qaytarılıb, onlar üçün mümkün olan ən yaxşı şərait yaradılıb.