QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, aparıcı Fira Cəlilova (Firuzə İskəndərova) Novxanı qəsəbəsində yerləşən bağ evində cinayətkarın gizlədilməsi ilə bağlı iddialara münasibət bildirib.
O, “Instagram” hesabında paylaşdığı videomüraciətdə bağ evinin ərazisində yarımtikili olmadığını deyib. Cəlilovanın sözlərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bəhs olunan yarımtikili qonşu həyətində yerləşir.