QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Milli Məclisdə Bakı Bələdiyyə Teatrı və Azərbaycan Dövlət Yuğ Teatrının öz binasının olmaması məsələsi müzakirəyə çıxarılıb.

Deputat Günay Əfəndiyeva məsələni parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, eləcə də Mədəniyyət komitələrinin birgə iclasında, 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı gündəmə gətirib.

Onun sözlərinə görə, binanın olmaması teatrların yaradıcılıq fəaliyyətinə və inkişafına mənfi təsir göstərir. Əfəndiyeva problemin həll edilməsinin vacibliyini vurğulayıb və büdcə müzakirələri fonunda mədəniyyət və incəsənət işçilərinin əməkhaqlarının artırılması məsələsinə yenidən baxılmasını təklif edib.