QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Almaniyanın Fulda şəhərində dünyasını dəyişən əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bildirdiyinə görə, qurumun tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı bu məqsədlə lazımi tədbirləri həyata keçirir.
Bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator Arif Mirzəyev noyabrın 10-da Almaniyada vəfat edib.