QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev “ASAN xidmət”i həm müasir dövlət idarəçiliyi nümunəsi, həm də xarici ölkələrin diqqətini çəkən Azərbaycan brendi kimi səciyyələndirib.
Bu barədə dövlət başçısının “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” adlı beynəlxalq tədbirin iştirakçılarına ünvanladığı müraciətdə bildirilib. Sənəddə qeyd olunub ki, “ASAN xidmət” dövlətlə vətəndaş arasındakı münasibətlərin yeni keyfiyyət mərhələsinə keçməsinə şərait yaradıb.
Müraciətdə təcrübənin 50-dən artıq ölkə ilə bölüşüldüyü və müxtəlif dövlətlərdə uğurla tətbiq edildiyi vurğulanıb. İlham Əliyevin sözlərinə görə, bu, “ASAN xidmət”in dövlət xidmətlərinin təşkili üçün səmərəli institusional model olduğunu göstərir.