QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyəti sədrinin müşaviri Azər Məcid oğlu Cəfərov vəfat edib. Bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, Cəfərov uzun müddət Azərbaycanın sığorta nəzarəti sahəsində rəhbər vəzifələrdə işləyib. O, ölkənin sığorta sisteminin inkişafına və sektorun formalaşmasına mühüm töhfələr verib.

Şirkət Azər Cəfərovun vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına və doğmalarına başsağlığı verib.