QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, əməkdar artist Təyyar Bayramov yeni muğam mərkəzi yaradıb.
Xanəndə bu barədə qonaq olduğu “Xəzər axşamı” proqramında danışıb. Onun sözlərinə görə, mərkəzdə iştirak üçün yaş məhdudiyyəti yoxdur.
Bayramov bildirib ki, burada azyaşlı uşaqlar, vaxtilə ali məktəbə daxil ola bilməyərək sonradan muğam öyrənmək və biliklərini artırmaq istəyən şəxslər, həmçinin ixtisasını təkmilləşdirmək niyyətində olan musiqi məktəbi müəllimləri və müğənnilər təhsil ala bilərlər. O qeyd edib ki, sənətlə məşğul olmaq istəyən hər kəs mərkəzə müraciət edə bilər.