QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Türkiyədə Azərbaycanla münasibətlər və rəsmi Bakının siyasəti barədə yeni küçə sorğusu keçirilib. Respondentlər Azərbaycanın siyasi xəttini və qəbul etdiyi qərarları dəstəklədiklərini bildiriblər.
Sorğu iştirakçılarından biri Türkiyənin Azərbaycanın daxili məsələlərinə müdaxilə etmək hüququ olmadığını deyib: “Onlar sizin daxili işlərinizə qarışırlarmı? Xeyr, müdaxilə etmirlər”.
Başqa bir respondent Türkiyə ilə Azərbaycanın ortaq mədəni dəyərlərə malik olduğunu qeyd edib. O, dini məsələlərə görə yaranacaq mübahisələrin Türkiyənin özünə vurduğu zərəri daha da artıra biləcəyini vurğulayıb.
Sorğuda fikirlərini bölüşən digər sakinlər isə Azərbaycanın iqtisadi vəziyyətinin hazırda Türkiyədən daha yaxşı olduğunu söyləyiblər.