QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın gələcəkdə Bakıya səfər edə biləcəyinə ümid etdiyini bildirib.
O, noyabrın 5-də jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin qarşılıqlı səfərləri barədə hazırda konkret razılaşmanın olmadığını deyib.
Mirzoyanın sözlərinə görə, normallaşma prosesi dərinləşdikcə hər iki ölkənin xarici işlər nazirliklərinin nümayəndələrinin, o cümlədən nazirlərin qarşılıqlı səfərləri və müxtəlif tədbirlərdə iştirakı üçün imkan yaranacaq.