QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 23-də qəbul edilmiş “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiqinə dair qanunu imzalayıb.

Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il noyabrın 20-dən dekabrın 15-dək keçirilən Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarında qəbul olunan sənəd Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiqlənib.