QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələrinin təchizatını yaxşılaşdırmaq üçün tədbirlər görür.

Hərbi hissələrə yaylı döşəklərin alınması üzrə (LOT 2) satınalmanın maliyyə dəyəri 2 milyon 17 min 800 manatdır. Ayrılan məbləğin şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılmasına və hərbi hissələrin lazımi inventarla təchizinə yönəldilməsi nəzərdə tutulur.