QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Argentinada gənclər arasında keçirilən futbol turnirinin oyununda xəsarət alan Abel Nunyes vəfat edib.
Argentina Futbol Assosiasiyasının təşkil etdiyi turnirdə “Ezeiza” klubunu təmsil edən oyunçu topu uzaqlaşdırdığı anda başından güclü zərbə alıb. O, huşunu itirərək yerə yıxılıb.
Futbolçuya hadisə yerində tibbi yardım göstərilib, daha sonra xəstəxanaya aparılıb. Həkimlər onu əməliyyat etsələr də, Nunyesin həyatını xilas etmək mümkün olmayıb.