QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, aparıcı Kazım Sübhan həmkarı Vüsalə Əlizadənin prodüserlərlə bağlı açıqlamasını şərh edib.

O bildirib ki, müğənnilərin gündəmi toyların sayı ilə ölçülür və buna görə sənətçilərin əksəriyyəti prodüser yox, menecer axtarır.

“Prodüser ideya gətirən, maraqlı təklif irəli sürən və həmin fikri həyata keçirən şəxsdir. Bu gün dediyin kimi prodüser yoxdursa, səbəb şou-biznesdə bu fəaliyyətə marağın olmamasıdır. Tələbat olmayan sahə heç vaxt inkişaf edə bilməz”, – Kazım Sübhan deyib.