QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, astrologiya şərhlərinə əsasən, Xərçəng, Buğa, Balıqlar və Şir bürcündən olan qadınlar övladlarına göstərdikləri qayğı, fədakarlıq və ailəyə bağlılıqları ilə seçilirlər. Bəzi anaların övladlarının ehtiyaclarını onlar dilə gətirməmişdən əvvəl duyduğu və daim yanlarında olmağa çalışdığı bildirilir.
Xərçəng bürcünün qadınları ailə üzvlərinə güvən və təhlükəsizlik hissi verməyə çalışırlar. Astroloqların qənaətinə görə, onlar ənənələrə bağlıdır, vacib tarixləri yadda saxlayır və evdə hər kəsin rahat ola biləcəyi mühit yaratmağa önəm verirlər. Övladlarının vəziyyəti ilə daim maraqlanır, onlara yardım etmək üçün fürsət axtarırlar.
Buğa bürcündən olan analar sevgilərini daha çox davranışları ilə ifadə edirlər. Səbirli və etibarlı olmaları, eləcə də praktik yanaşmaları övladları üçün dayaq olmalarına kömək edir. Yemək hazırlamaqdan çətinliklərə həll tapmağa qədər müxtəlif məsələlərdə dəstək göstərməyə hazırdırlar. Dəyişikliklərə uyğunlaşmaq onlar üçün bəzən çətin olsa da, ailənin rifahını ön sırada tuturlar.
Balıqlar bürcünün qadınları yüksək empatiya qabiliyyəti ilə xarakterizə olunur. Onlar övladlarını diqqətlə dinləyir, duyğularını anlamağa çalışır və ağır vaxtlarda mənəvi dəstək verirlər. Övladlarının əhvalını bəzən səs tonundan hiss edə bilirlər. Başqalarının problemlərinə həddən artıq diqqət yetirmələri isə öz ehtiyaclarını arxa plana atmalarına səbəb ola bilər.
Şir bürcündən olan qadınlar səxavətləri, enerjiləri və ruhlandırıcı münasibətləri ilə fərqlənirlər. Övladlarının uğurlarına sevinir, nailiyyətləri ilə qürur duyurlar. Gündəlik anları ailə üçün xoş xatirəyə çevirməyə çalışır, sevgilərini yaxınlarına açıq göstərirlər. Eyni zamanda, sərf etdikləri zəhmətin dəyərləndirilməsini və onlara təşəkkür edilməsini gözləyirlər.