QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bərdə Rayon Məhkəməsi işdən çıxarılmış müəllimin vəzifəsinə qaytarılması barədə qərar qəbul edib. Məhkəmə iddiaçının tələblərini bütövlükdə təmin edib.
Hakim Lamiya Hüseynquliyevanın sədrliyi ilə keçirilən prosesdə Qazaxlar kənd ümumi orta məktəbində baş vermiş işdənçıxarma mübahisəsinə baxılıb. Məhkəmə cavabdeh Məhəbbət Bayramovun 29 iyun 2026-cı il tarixli, 65 nömrəli əmrini qanunsuz sayaraq ləğv edib.
Qərara əsasən, Həsənova Nəcibə Şura qızı həmin məktəbdə biologiya müəllimi vəzifəsinə bərpa olunub. Məcburi işburaxma dövrü üzrə ödənilməmiş əməkhaqqı da Məhəbbət Bayramovdan tutulmalı və müəllimə verilməlidir.
Qərardan şikayət vermək üçün bir ay vaxt ayrılıb. Apellyasiya müraciəti Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilə bilər. Şikayət edilmədiyi halda qərar rəsmi qaydada təqdim olunduğu tarixdən bir ay sonra qanuni qüvvəyə minəcək.