QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondu təqaüd proqramını davam etdirmək üçün müqavilə imzalayıb. Proqramın yeni mərhələsində əlavə 20 tələbəyə dəstək göstəriləcək.
Təqaüd sosial həssas qrupa daxil olan, ali təhsil müəssisələrinin bakalavriat pilləsində birinci kursda oxuyan və qəbul imtahanından minimum 600 bal toplamış tələbələr üçün nəzərdə tutulub.
Proqram üzrə seçilən hər bir tələbəyə 10 ay boyunca ayda 200 manat ödəniləcək. İndiyədək bu təşəbbüs çərçivəsində 43 tələbə təqaüd alıb.