QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubunun keçmiş baş məşqçisi İsmayıl Qartalın karyerasını İranda davam etdirməsi gündəmə gəlib. “Traktor” mütəxəssisə rəsmi təklif göndərib.
Təklifdən sonra klub rəhbərliyi ilə Qartal arasında danışıqlar başlayıb. Müzakirələrin hansı nəticə ilə yekunlaşacağı və türkiyəli məşqçinin təklifi qəbul edib-etməyəcəyi barədə hələ məlumat yoxdur.
İsmayıl Qartal 2025-ci il yanvarın 27-də İranın “Persepolis” klubu ilə müqavilə bağlayıb və mövsümün sonunadək həmin komandanın baş məşqçisi olub.