QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Gürcüstanın Laqodexi şəhərində MMA idmançısı Valeri Koçiaşvili bıçaq xəsarəti alıb. Hadisə bir neçə gün əvvəl baş verib.
Məclisdə olan 22 yaşlı idmançı mübahisə edən şəxsləri sakitləşdirib ayırmağa çalışarkən qarnından yaralanıb. O, şəhər klinikasına aparılıb və əməliyyat olunub. Həkimlər Koçiaşvilinin durumunu qənaətbəxş hesab edirlər. İdmançının yaxın vaxtlarda evə buraxılması gözlənilir.
Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb, fakt üzrə araşdırma davam edir.
“Qorilla” ləqəbli Koçiaşvili pauerliftinq üzrə ölkə çempionu titulunu ardıcıl iki dəfə qazanıb. O, həmçinin “GAMA” təşkilatının çempionluq kəmərinin sahibidir.