QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu Rafinya “Barselona” ilə yeni müqavilə imzalayıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, anlaşma 2030-cu ilin yayınadək qüvvədə qalacaq.
29 yaşlı vingerin əvvəlki müqaviləsi 2028-ci ilədək nəzərdə tutulmuşdu. Rafinya 2022-ci ildən Kataloniya təmsilçisində çıxış edir.
O, “Barselona” ilə üç dəfə İspaniya çempionu olub, ölkə Superkubokunu da üç dəfə qazanıb. Braziliyalı futbolçu Kral Kubokunda isə bir dəfə qalib gəlib. 2024/25 mövsümündə Rafinya UEFA Çempionlar Liqasının ən məhsuldar oyunçusu olub.
Kataloniya klubuna keçməzdən əvvəl Rafinya Portuqaliyanın “Sportinq”, Fransanın “Renn” və İngiltərənin “Lids” komandalarında oynayıb.