QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanın dövlət borcu son bir il ərzində 1 milyard 468,8 milyon manat azalıb.
Maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı ölkənin borc göstəricilərini açıqlayıb.
Onun bildirdiyinə görə, 2026-cı il oktyabrın 1-də dövlət borcu 23,9 milyard manat olub. Bu məbləğ ölkənin ümumi daxili məhsulunun (ÜDM) 17,3 faizinə uyğundur.
Bir il əvvəl, 2025-ci il oktyabrın 1-nə olan göstərici 25 milyard 365,1 milyon manat təşkil edib. Həmin tarixdə dövlət borcunun ÜDM-də payı 19,5 faiz olub.
Beləliklə, birillik dövrdə borc 1 milyard 468,8 milyon manat, yaxud təxminən 5,8 faiz azalıb.