QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətini idarə edən qurğuda qısamüddətli texniki nasazlıq yaranıb. Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Qurumun bildirdiyinə görə, təhlükəsizliyi qoruyan sistem işə düşdüyündən qatarların hərəkəti ehtiyat qurğu ilə tənzimlənib. Nəticədə ləngimə yalnız Qırmızı xətdə qeydə alınıb. Yaşıl və Bənövşəyi xətlərdə qatarlar adi cədvəl üzrə hərəkət edib.

Metropoliten texniki yoxlama apararaq nasazlığı müəyyənləşdirib və 5 dəqiqə ərzində aradan qaldırıb. Hazırda Qırmızı xəttdə hərəkət pik saatlar üçün nəzərdə tutulan intervala uyğun təmin olunur.